Müavini işdən çıxarılan erməni nazir istefa verdi

 

Ermənistanın ədliyyə naziri Karen Andreasyan istefa verib.

O, bu barədə qərarını sosial şəbəkədə elan edib. 

"Bu gün mənim Ermənistanın ədliyyə naziri vəzifəsində son günümdür", - Andreasyan yazıb. 

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Andreasyanın müavini Yeranuhi Tumanyansı tutduğu vəzifədən azad edib. 

Paşinyan başqa qərarı ilə ədliyyə naziri Karen Andreasyanı məzuniyyətdən geri çağırmışdı. 

Xatırladaq ki, Ermənistan Parlamentinin “Mülki müqavilə” fraksiyası Ermənistan Ali Məhkəmə Şurasının üzvlüyünə namizəd kimi Karen Andreasyan və Yeranuhi Tumanyansın namizədliyini irəli sürüb.

0.74887299537659