Kreml İrəvan qarşısına tələb qoyub? – RƏSMİ AÇIQLAMALAR

 

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb ki, Rusiya Belarus kimi Ukrayna və Ermənistandan da İttifaq Dövlətinin bir hissəsi olması tələb olunub.

Demokratikmusavat.com ” xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Kremlin belə bir təklif veridiyini təkzib edib. 

“Rusiya Ermənistanın İttifaq Dövlətinin bir hissəsi olmasını tələb etməyib. Mən rusiyalı həmkarlarımla belə söhbətlərin şahidi olmamışam. Belə söhbətlər yoxdur və ola da bilməz”, - Simonyan qeyd edib.

“Bəlkə belə söhbətlər gedir, siz onları tanımırsınız” sualına Simonyan cavab verib: “Mən istisna edirəm ki, belə bir şey olub və mənim bundan xəbərim olmayıb”. 

Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Ermənistanın guya Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olması üçün Kremlin İrəvana təzyiq etməsi barədə yayılan xəbər cəfəngiyyatdır.

Mürtəza
Demokratikmusavat.com

0.13842391967773