Fransa prezidenti Emmanuel Makronun “sağ əli” kimi tanınan Yelisey Sarayının baş katibi Aleksis Kohler barəsində qanunsuz imtiyazlar vermək ittihamı ilə istintaq başladıldığı bildirilib.
Demokratikmusavat.com unikal-a istinadən xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Milli Maliyyə Cinayətləri Prokurorluğu Antikor korrupsiya ilə mübarizə birliyinin şikayətindən sonra mediapart qəzeti 2018-ci ildə MSC gəmiçilik şirkətinə maraq göstərdiyini açıqlayan Kohlerə qarşı istintaq başladıb.
Kohler qeyri-qanuni üstünlük əldə etmək üçün vəzifəsindən istifadə etməkdə ittiham olunur.
Digər tərəfdən, Makron istintaqa və əks reaksiyalara baxmayaraq, Kohleri işdən çıxarmayıb.