31 yaşlı erməni özlərinin basdırdıqları minaya düşdü

 

Ermənistanın Geqarkunik rayonunda 31 yaşlı Suren L. ermənilərin basdırdıqları minaya düşərək xəsarət alıb. 

Demokratikmusavat.com xəbər verir ki, oktyabrın 2-də saat 20:00 radələrində Çəmbərək xəstəxanasından rayon polis şöbəsinə sağ ayağından yaralanan xəstə ilə bağlı zəng daxil olub.

Polis hadisənin saat 18:00 radələrində baş verdiyini müəyyən edib. Həmin şəxs minanın partlaması nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı cinayət işi başladılıb.

0.12900805473328