Səfərbərlikdən sonra 200 mindən çox rus Qazaxıstana qaçıb - FOTO

 

Sentyabrın 21-də Rusiyada səfərbərlik elan edildikdən oktyabrın 3-dək Qazaxıstana 200 mindən çox rus miqrasiya edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər naziri Marat Axmetjanov məlumat verib.

Onun sözlərinə görə, təkcə oktyabrın 3-də 7 min rus Qazaxıstana gəlib. Nazir əlavə edib ki, ölkəyə miqrasiya edən 441 nəfər ölkə vətəndaşlığı üçün müraciət edib.

Axmetjanovun sözlərinə görə, sərhəddə vəziyyət nəzarət altındadır, keçid məntəqələrində vəziyyət stabildir.

Sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik elan ediləndən sonra insanlar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıb. Nəticədə Gürcüstan, Qazaxıstan və Finlandiya ilə sərhədlərdə tıxaclar yaranıb.

Rusiyanı tərk etmək istəyənlərin axını fonunda hakimiyyət bu ölkələrlə keçid məntəqələrində hərbi komissarlıq bölmələri yaradıb. 

Mürtəza
Demokratikmusavat.com

 

0.36512899398804