Kadırov Putinə görə genişmiqyaslı təbdirlər keçirəcək

 

Çeçenistanda oktyabr ayında bir neçə bayramda kütləvi tədbirlərin təşkili planlaşdırılır, lakin əsas hadisə oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ramzan Kadırov öz Teleqram kanalında məlumat verib. Çeçenistan rəhbəri vurğulayıb ki, Putinin yubileyi şərəfinə Respublikada ən kütləvi tədbirlərin təşkili planlaşdırılır.  

Rusiya Prezidentinin 70 illik yubileyi şərəfinə bir çox idman yarışları keçiriləcək. Kadırov Putini Rusiyanın bir nömrəli vətənpərvəri adlandırıb və bildirib ki, genişmiqyaslı şənliklərlə ruslar öz prezidentlərinə nə qədər dəyər verdiklərini və sevdiklərini “bütün düşmənlərə sübut edəcəklər”.

Putin 1952-ci il oktyabrın 7-də Leninqradda anadan olub. 

Mürtəza
Demokratikmusavat.com

0.45097494125366