Siyasi elita Putinə nifrət edir, aradan götüməkləri… - Rus polkovnik

 

“Bu gün Rusiya siyasi elitası Putinə nifrət edir. Həm regional, həm də Moskva elitası. Amma məsələ bu deyil. Fakt budur ki, bu nifrətdən liderin aradan götürülməsinə qədər çox böyük bir məsafə var. Və bu məsafə keçiləcəkmi? Biz bunu real variant kimi qiymətləndirə bilmirik”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq polkovniki Genaddiy Qudkov “unian”a müsahibəsində deyib. 

Rusiyalı polkovnikin sözlərinə görə, bir neçə dəfə sui-qəsd cəhdləri oldu, lakin “Hitler” sağ qaldı. 

“Fidel Kastronu aradan qaldırmaq üçün çox cəhdlər edildi, lakin o, təbii ölümlə öldü. Amma bu hadisənin baş vermə ehtimalını dəqiq hesablaya bilmirik. Bu, mümkün deyil. İlkin şərtlər, dediyim kimi var. Ancaq ilkin şərtlərdən tətbiqə qədər böyük bir məsafə var və bu, heç vaxt əhatə olunmaya bilər”, - o qeyd edib.

Onun fikrincə, elita xalqdan fərqli olaraq nə baş verdiyini o qədər yaxşı anlayır ki, onlar çoxdan Putinə nifrət edirlər: “Onlar hər şeydən məhrum olduqlarını yaxşı başa düşür”.

Mürtəza
Demokratikmusavat.com

0.12710094451904