Britaniya Putinin nüvə hədələrinə ciddi yanaşır - AÇIQLAMA

 

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya Federasiyasının nüvə silahından istifadə ehtimalını qiymətləndirib.

Demokratikmusavat.com ”ın xəbərinə görə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın nüvə silahından istifadəsini çox az ehtimal edir. 

Buna baxmayaraq, mühafizəkarların partiya konfransında belə bir ehtimalı rədd etməməyə çağırıb.

Uollesin fikrincə, belə risklər mövcuddur. O deyib ki, 2018-ci ildə Britaniyanın Solsberi şəhərində keçmiş rus casusu Sergey Skripal və onun qızının zəhərlənməsi, Ukraynanın işğalına qədər hadisələr Rusiya liderinin belə riskli addımlar atmasını istisna etmir.

Mürtəza
Demokratikmusavat.com

0.13061714172363