Ali Təhsildə Keyfiyyət!? - III yazı 

 

Ped.ü.f.d. Vüsal Kərimli 

Təhsilin keyfiyyətinə təsir edən əsas amillər

ali təhsil fakültənin keyfiyyəti, kurikulum standartları, texnoloji infrastrukturdur mövcud, tədqiqat mühiti, akkreditasiya maliyyə, qiymətləndirmə və yaxşı idarəetmə. Naveed Sultana. 

İlk olaraq  Ali Təhsil Müəsissələrinə tədris illəri üzrə qəbul olan tələbə sayı və Ali Təhsil Müəsissələrinin sayı haqqında bəzi statistik məlumat. 

2018/2019:  45021-nəfər  2018/2019: 52 universitet

2019/2020:  42062-nəfər  2019/2020: 52 universitet

2020/2021:  48519-nəfər  2020/2021: 52 universitet

2021/2022:  44861-nəfər  2021/2022: 51 universitet

2022/2023:  48841-nəfər  2022/2023: 51 universitet 

Deyə bilərsiniz ki, bu rəqəmləri hamı bilir. Doğrudur. Amma bu rəqəmlərin təhsildə keyfiyyət baxımdan təhlil etmək yerinə düşərdi. 

Məs. Azərbaycan Dillər Universiteti - ADU : Səhifələrində göstərilir ki, 2021-ci ilin statistikasına əsasən bu universitetdə tələbələrin sayı 6144 bakalavriat, 539 magistrant və 170 doktorantdan ibarətdir. (6853) Bütün fakültələr üzrə universitetdə 800-dən çox müəllim/təhsilverən fəaliyyət göstərir. Ümumilikdə universitetin ərazisi 17976,4 m2 təşkil edir. Tələbə kontingentinin hər 100 nəfərinə düşən sahə 283,3 m2 təşkil edir. 

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə Bir təhsilalana düşən faydalı sahə 5 kv.m-dən az olmamaqla tələbi qoyulub. 

Burada isə hər tələbəyə düşən faydalı sahə bakalavriat 3 kv.m.-dir.

Digər məsələ qiymətləndirmə ilə bağlıdır. Belə ki, bir neçə universitet istisna olmaqla, 95% universitetdə yekun qiymətləndirmə cədvəli aşağıdakı kimidir. 

51-dən aşağı -F

51-60- E

61-70- D

71-80- C

81-90- B

91-100- A

 Belə ki, 100 ballıq sistemdən 50 balı tələbə təhsil aldığı semester ərzində toplayır (10 bal davamiyyət, 10 bal sərbəst iş, 30 bal kollokvium) digər bal isə imtahan dövründə qazanılır. Hesab edirəm ki, bu yanaşmada bəzi düzəlişlər edilməlidir. 

Məs: Davamiyyətə görə verilən 10 bal ləğv edilməlidir. Dərsin 30%-də iştirak etmək tələbə üçün vacibdir. Sərbəst iş üçün verilən 10 bal və kollokvium üçün verilən 30 balın 100%-dən payı müəyyən edilməlidir. (40%-60% və ya 50%-50%). Nümunə üçün qardaş ölkə Türkiyəni göstərmək olar. Əslində dünya təcübəsində müxtəlif istisaslarda qiymətləndirmə balları fərqlidir. Bunun olmaması ondan xəbər verir ki, tələbələr tədris müddətində yüksək nailiyyət qazna bilmirlər və ya universitetlər 500 bal toplayan tələbə ilə 150 bal toplayan tələbə (ixtisasdan aslı olaraq) arasında rəqabət mühiti yarada bilmir. 

Digər məsələ isə Elmi işçilərin sayı ilə bağlıdır. Azərbaycanda 2020-ci ilin statistikasına görə əhalinin hər 10 min nəfərinə 35 elmi işçi düşür. Meyarlarda tələbə müəllim nisbəti tələbi göstərilməyib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında göstərilir ki, 2021-ci ildə Ali təhsil müəsissələrinə 54.000 nəfər qəbul olunub. 2022-ci ildə isə bu rəqəm 57.000 nəfər olacaq. Halbuki 2021/2022: 44861-nəfər, 2022/2023: 48841-nəfər olub (DİM-https://dim.gov.az/upload/iblock/e7d/e7deac5768f30b770dc2b07b541fcbd1.pdf və e) və bu rəqəm 2026-ci ilə qədər 75.000 nəfərə çatacaq. Görəsən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu rəqəmləri haradan əldə edib: Dövlət İmtahan Mərkəzindən yoxsa?! (https://static.president.az/upload/Files/2022/07/22/b0acede9fbde0bfd42ebb0c28a16bf5c_3858975.pdf?fbclid=IwAR0Ciw0jhmDMaPRG8DKOFtAgKo7rtIL3GmKi_R2pvpEhDkFAZdCnL8aex_c)

İllər üzrə ümumi təhsil müəsissələrinin bitirinlərin sayına diqqət etsək görərik ki, bu say 2020-də 118.120, 2021-ci ildə 84 069, 2022-ci ilə isə 90.000 şagird məzun olub. Və 2022-ci ildə onlardan yalnız   48% Ali təhsil müəsissələrinə qəbul ola bilib. Maraqlıdır ki ETN hansı prinsip və meyarlarla 2026-ci ilə qədər tələbə sayını 75.000 nəfərə çatdıracaq? Bunun üçün maddi texniki baza haqqında düşünülürmü və ya bunu reallaşdırmaq mümkündür? Əlbəttə ki, xeyr. İndi ETN 2026-ci ilə qədər neçə universitet üçün tədris binasının tikilməsini hədəfləyir.

Demokratikmusavat.com

0.16235899925232