Kuleba Rafael Qrossi ilə Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə edib

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi telefonla Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə ediblər. Demokratikmusavat.com xəbər verir ki, bu bardə Ukrayna XİN rəhbəri məlumat verib.

"Mən Rafael Qrossi ilə söhbət etdim və Ukraynanın Zaporojye AES-də MAQATE ekspertlərinin rotasiyasını asanlaşdırmağa hazır olduğunu bildirdim", - Kuleba bazar günü Twitter-də yazıb.

Daha əvvəl “Reuters“ agentliyi MAQATE-nin bəyanatına istinadən xəbər vermişdi ki, Qrossi Zaporojye AES ətrafında fiziki və texniki təhlükəsizlik zonasının yaradılmasını müzakirə etmək üçün gələn həftə Moskva və Kiyevə səfər edə bilər.

0.13354802131653