“Bəzi kişilər arvadlarından qurtulmaq üçün cəbhəyə gedir”- Mer  

 

Rusiyanın Komi vilayətinin Vorkuta şəhərinin meri Yaroslav Şapoşnikov açıqlaması ilə ölkə gündəminə düşüb.

Demokratikmusavat.com  xəbər verir ki, Y.Şapoşnikovun sözü ən çox Rusiya qadınlarını əsəbiləşdirib:

“Gedən könüllülərin təxminən on faizi - mən bu sözdən qorxmuram - cəbhəyə ona görə gedirlər ki, arvadları, yumşaq dillə desək, yaxşı həyata öyrəşiblər. Elə hey deyinir, deyinir, deyinir. Əziz xanımlarımız, kişilərinizin qayğısına qalın. Əgər ərləriniz deyintilərdən beziblərsə bu, onları cəbhəyə getməyə həvəsləndirir”, - deyə Vorkuta meri Yaroslav Şapoşnikov bildirib. Mer hətta bununla bağlı tanıdığı ailələrdən misal gətirib.(Musavat.com)

0.16787695884705