Onlar böyük təhlükədir, Türkiyəyə göndərək - Saakaşvili

 

Rusiyalı çağırışçıların kütləvi şəkildə Gürcüstana gəlməsi bu kiçik ölkə üçün böyük demoqrafik təhlükə ilə yanaşı, ciddi təhlükəsizlik problemləri yaradır.

Demokratikmusavat.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş preizdenti Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.

"Mən Gürcüstan hakimiyyətinin onları ölkəyə buraxmaq qərarını qınamayacağam, çünki bu adamlar Gürcüstanda nə qədər çox olsa, bir o qədər az ukraynalı öləcək. Bu isə Gürcüstan üçün vacibdir”, - Saakaşvili bildirib.

Keçmiş prezidentin sözlərinə görə, Gürcüstandakı vətəndaş cəmiyyətləri yeni gələnlərə işğalçı olduqlarını xatırlatmalıdırlar:

“Onları ölkənin daxili siyasətinə qarışmaq imkanından məhrum etmək üçün Gürcüstan pasportlarını almamasına ciddi nəzarət edilməlidir. Biz də hər zaman stimul yaratmalıyıq ki, imkan daxilində Türkiyəyə və başqa ölkələrə getsinlər”.

0.1474621295929