Küveyt əmiri hökumətin istefasını qəbul edib

 

Küveyt əmiri Navaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Əhməd Nəvaf əl-Əhməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə KUNA xəbər agentliyi məlumat yayıb.

Əmirin fərmanına əsasən, həm baş nazir, həm də Küveytin hökuməti yeni nazirlər kabineti formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

0.12104606628418