Ukrayna NATO-nun 300-dən çox standartını mənimsəyib - Reznikov

 

"Ukrayna ordusu NATO-nun 300-dən çox standartını mənimsəyib. Ukrayna artıq Alyansa de-fakto üzv olub, lakin de-yure bir olmaq qalır".

Demokratikmusavat.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov milli telemarafonun efirində çıxışı zamanı deyib.

"Ukrayna NATO-nun 300-dən çox standartını mənimsəyib. Müharibənin altı ayı ərzində biz "NATO" silahlarını, o cümlədən çox mürəkkəb silahları mənimsəmişik. 155 kalibrli artilleriya sistemləri, MLRS, "Gepard" zenit silahları və s", - Reznikov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna hərbçiləri bu sistemlər üzrə təlim keçib və keçirlər, onlardan döyüş meydanında uğurla istifadə edirlər.

0.41993308067322