Sinqapur Qran Prisinin təsnifat mərhələsi keçirilib

 

Bu gün “Marina Bay Circuit” avtodromu Sinqapur Qran Prisinin təsnifat mərhələsinə ev sahibliyi edib.

"Demokratikmusavat.com" xəbər verir ki, “Ferrari” pilotu Çarlz Lekler ən sürətli dövrəni vuraraq Formula 1 Dünya Çempionatının on yeddinci mərhələsinə qələbə ilə başlayıb. O, sabahki əsas yarışda ilk mövqedən start göstərəcək.

Onun arxasında “Red Bull” pilotu Serxio Peres qərarlaşıb.

İlk üçlüyü isə birinci yerdən cəmi 0,054 saniyə geri qalan Lyuis Hemilton (Mercedes) tamamlayıb.

0.4381251335144