Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Demokratikmusavat.com xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahibləri açıb. 26-cı dəqiqədə Natan Oduva fərqlənib. "Zirə"nin qollarını 33-cü dəqiqədə Coşqun Diniyev, 40-cı və 47-ci dəqiqələrdə Hamidu Keyta vurub.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "qartallar" 5-ci pilləyə yüksəlib. Tovuz klubu 10 xalla 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Turun açılış oyununda "Qəbələ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.