Azərbaycanın da uğurla çıxış etdiyi Mistik Musiqi Festivalı - FOTOLAR

 

Sentyabrın 22-dən etibarən Movlanə Cəlaləddin Ruminin 815-ci doğum günü ilə bağlı keçirilən  ənənəvi Mistik Musiqi  Festivalı yekunlaşır.

2003-cü ildən etibarən keçirilən və ənənə halını alan  Beynəlxalq Mistik Musiqi Festivalında dünyanın ən müxtəlif ölkələrindən nümayəndə heyətləri və muqisi qrupları iştirak edib. Bu il sayca 19-cu Mistik Musiqi Festivalında  Azərbaycan da daxil olmaqla 10-dan artıq ölkənin musiqi qrupu iştirak edib. Festivalın keçirildiyi müddət ərzində musiqi qrupları Konya  şəhərinin açıq meydanlarında və qapalı salonlarda 50-dək konsert proqramı ilə çıxış ediblər.
Festival çərçivəsində  Azərbaycan musiqiçiləri Teyyub Aslanovun rəhbərliyi altında sentyabrın 24-də çıxış etdi. Azərbaycan musiqiçilərin konsert proqramı   tamaşaçılar tərəfindən çox maraqla və anşlaqla qarşılandı.  Azərbaycanlı musiqiçilərin çıxışı  festivalın sonrakı günlərində təqdir edilir və bəyənildiyi qeyd edilirdi. Festivalın sonrakı günlərində bizim azərbaycanlı olduğumuzu bildikdə, onlar azərbaycanlı musiqiçilərin konsert proqramını bəyəndiklərini qeyd edirdilər. 

 Festival günlərində gündüzlər xarici ölkələrdən və türkiyədən olan mistik musiqi ansambılları gündüzlər  Konya şəhərinin Zəfər meydanı və Mövlanə meydanında,  axşamlar isə Səlcuklu Konqre Mərkəzində konsert proqramı ilə çıxış edirdilər. Konsert proqramları yerli əhali və şəhərə gələn turistlər tərəfindən çox maraqla izlənilirdi.

19-cu  Beynəlxalq Musiqi Festivalı haqqında “Demokratikmusavat.com ”a açıqlama verən Konya Mədəniyyət və Turizm İdarəsinin müdiri Abdulsettar Yarar bildirib ki, festival 2003-cü ildən etibarən davamlı olaraq keçirilir və hər il dünynın ən müxtəlif ölkələrindən on minlərlə insan qatılır. “Festivalın keçirildiyi bu müddət ərzində 60-a yaxın ölkədən 200-dək  musiqi qrupları qatılıb və konsert proqramları ilə çıxış ediblər. Bundan əlavə olaraq 1100-dək rəssam  festivalda iştirak edib. Ümumilikdə bu müddət ərzində 10 min saatlıq tamaşa arxivi yaradılıb”- o qeyd edib.
Azərbaycanın Beynəlxalq Mistik Musiqi Festivalına böyük önəm verdiyini qeyd edən  Yarar bildirib ki, qardaş Azərbaycan Türkiyədən sonra festivalda davamlı iştirak edən ölkəldir. “Bu ildə Azərbaycan festivalda konsert proqramı ilə çıxış edib və onların çıxışı çox maraqla qarşılanıb. Bu il keçirilən festivalda 10-dan artıq ölkədən iştirak edən  musiqi qrupları  50-dək konsert proqramı ilə çıxış edib”- Abdulsettar Yarar əlavə edib.



Mürtəza
Demokratikmusavat.com
0.13042020797729