Paralel.az " xəbər ..."> Paralel.az " xəbər ...">

Müharibəyə görə karyerasını dondurub

 

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Roman Zozulya karyerasını dondurub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu yerli radiolardan birinə açıqlama verib.

Təcrübəli forvard bu qərarı ölkədəki müharibə səbəbindən qəbul etdiyini bildirib: "Mənimlə müqavilə imzalamaq istəyən komandalar var idi. Amma dedim ki, indi bacarmıram, futbola əhəmiyyət vermirəm. Ölkədə müharibə getdiyi vaxtda oynaya bilmirəm. Başa düşürəm ki, yeni klub mənə pul qazanmağa və Ukraynaya kömək etməyə imkan verəcək. Amma hazırda futbola həvəsim yoxdur".

Qeyd edək ki, Roman Zozulyanın son klubu İspaniya "Fuenlabrada"sı olub.

0.12948107719421