Rusiyalılar tıxacda qalan avtomobillərini satırlar – FOTO

 

Gürcüstanla sərhəddəki tıxaclar kortəbii avtomobil bazarı yaradıb. Burada dayanan rusiyalılar nəzarət-buraxılış məntəqəsindən daha rahat keçmək üçün maşınlarını satmağa çalışırlar.

"Demokratikmusavat.com" xəbər verir ki, belə elanlar Gürcüstana gedişlə bağlı "Telegram" çatlarında görünməyə başlayıb.

Avtomobil sahibləri təkcə qiyməti deyil, həm də avtomobillərinin keçid məntəqəsinə qədər olan məsafəsini göstərirlər.

Alıcılara "Kia"dan tutmuş "Mercedes"ə qədər geniş seçim təklif olunur.

336894

0.44543480873108