Binəli Yıldırım Azərbaycana başsağlığı verib

 

Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycana başsağlığı verib.

Demokratikmusavat.com ” xəbər verir ki, o, bununla bağlı tviterdə yazıb:

“Qarabağı azadlığa aparan Vətən müharibəsinin başladığı günün ildönümüdür.

Can Azərbaycanın torpaq bütövlüyü üçün canlarından keçən şəhidlərimizi rəhmətlə anıram”.

0.17795991897583