“Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq ABŞ üçün xüsusi olaraq vacibdir”.
Demokratikmusavat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan və Azərbaycanın XİN rəhbərləri arasında keçirilən görüş barədə danışarkən deyib.
Onun sözlərinə görə, bu görüş zamanı tərəflər irəliyə doğru ən yaxşı yol barədə fikir mübadiləsi aparıblar: “ABŞ Dövlət katibi tərəflərə cari ayın sonuna qədər sülh prosesinin əhəmiyyətli dərəcədə necə irəliləməsinə dair öz fikirlərini bölüşməyi təklif edib”.
Bununla yanaşı, Ermənistan və Azərbaycanın XİN rəhbərləri arasında növbəti görüşün nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavab verən Prays bildirib: “Buna tərəflər qərar verəcək”.