Peruda qurban kəsilmiş 76 uşağın qalıqları tapılıb - FOTO

 

Peruda Uançako yaxınlığında yerləşən Pampa La Cruz abidəsində Florida Dövlət Universitetindən Qabriel Prietonun rəhbərlik etdiyi qazıntılar başa çatıb. Mütəxəssislər Çimu mədəniyyətinə aid qurban kəsilmiş uşaqların qəbirlərini aşkar ediblər. 76 qəbirdən 25-i birinci, qalanları isə ikinci kurqanda tapılıb.

Demokratikmusavat.com xəbər verir ki, indiyədək ərazidə ümumilikdə 302 uşaq məzarı üzə çıxarılıb. Arxeoloqların fikrincə, azyaşlılar eramızın 1050-1500-cü illəri arasında qurban edilib.

Qeyd edək ki, insan qurban vermə təcrübəsi Kolumbdan əvvəlki Amerikada geniş yayılıb.

 

0.15102314949036