Tanınmış futbolçu supermarketdə işləyə bilər

 

Niderland millisinin və Almaniya "Bavariya"sının sabiq futbolçusu Aryen Robben supermarketdə menecer işləyəcək.

"Report"un məlumatına görə, veteran yarımmüdafiəçi bu barədə "De Telegraaf" nəşrinə açıqlama verib.

O, gələcəkdə baş məşqçi və ya texniki direktor kimi fəaliyyət göstərə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, karyerası ərzində ölkəsinin PSV və Qroningen, İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid" klublarında çıxış etmiş Aryen Robben ötən il karyerasını başa vurub.

0.14497089385986