Rusiya raket qoşunlarının rəisi Ukraynada öldürüldü

 

Ukraynada daha bir yüksəkrütbəli rus zabiti öldürülüb.

Demokratikmusavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Rusiya Silahlı Qüvvələrinin 35-ci birləşmiş ordusunun (62825 saylı hərbi hissə) raket qoşunları artilleriyasının rəisi, polkovnik Boris Totikov ləğv edilib.

Sentyabrın 25-də Ryazanda zabitlə vida mərasimi keçirilib.

Rusiya mənbələrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Xarkova əks-hücumundan əvvəl zabitin olduğu qərargahı HİMARS raketləri ilə vurub.

0.16446208953857