Məğrur Bədəlsoy: "İcra hakimiyyəti Qarabağ qazisindən bağına girməyə rüşvət tələb edir"

 

Adil Vəliyevin “qoçuları” 1-ci dərəcəli Qarabağ əlilinin 5 minlik mal -materialını məhv edib

Artıq 31 ildir Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləişsahəsindən 1-ci dərəcəli Qarabağ qazisinə verilən bağ sahəsində koma tikməyə Sabunçu RİH rüşvət tələb edərəkimkan vermir. İcra başçısının pulyığanı “komunxoz Həbib” qohumlarından ibarət qoçu dəstəsini bağda işləyən fəhlələrin üstünə salıb, özü də qolunun gücünü göstərib, fundament üçün gətirilən betonu tökməyə belə qoymayıblar. Beləcə əlil-qazinin 5 minlik mal -materialı məhv edilib . 6 il qabaqkı bu vandalizmə nə hüquqi qiymət verilib, nə də dəyən ziyanın əvəzi mal-material verilib. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində və Sabunçu rayon prokurorluğunda zərərçəkən Qarabağ qazisinin izahatı alınsa da, heç bir qərar verilməyib.

Ötən il başçının köməkçisi Müslüm Mahmudov bildirib ki, Qarabağ qazisi bağında tikinti işlərini davam etdirə bilər. Amma mal -materiallarla köməklik edilməsi yalnız torpağın özəlləşdirilməsindən sonra baş verə bilər. Bəyəm Qarabağ qazisinin 5 minlik mal -materialı torpağın özəl olmadığınagörə məhv edilib? İcra hakimiyyəti Qarabağ qazilərinərüşvətlə xidmət edir?

Dövlət başçısı məmurların xalqa xidmət etməyə borclu olduğunu bildirib, torpaq alverinə son qoymağa çağırır, amma torpaqla bağlı maxinasiyaların başlıca olaraq kənd rayonlarında olduğu iddia edilir. Təsəvvür edin, indiyədək Bakı rayonlarının birində də icra hakimiyyəti başçısılarınıntorpaq alverinə hüquqi qiymət verilməyib. Elə bil, Bakının icra başçılarının toxunulmazlıq hüququ var. Halbuki dənizi belə hasarlayanlar elə Bakının rayon icra hakimiyyətləridir.

Sabunçu RİH Qarabağ qazisinə vurduğu ziyanın əvəzini ödəməyə borclu deyilmi? Özünün yardımı lazım deyil, vurduğu ziyanı qarşılasın. İcra hakimiyyətinin işi torpaq alveri, sərəncam biznesi, qazilərə “rüşvət xidməti” yox, xalqa xidmət etməkdir. Yoxsa Dövlət Təhlükəsizliyi Xidməti öz xidmətini gerçəkləşdirməli olacaq.

Demokratikmusavat.com

0.13019299507141