Ana həbsdəki oğluna narotik keçirmək istədi- FOTO

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Demokratikmusavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Şahvələd oğlu Cəfərova anası Saatlı rayon sakini Zərqələm Şükür qızı Cəfərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı idman şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,036 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

0.12968111038208