Banqladeşdə qayıq batıb - çox sayda ölən var

 

Banqladeşin şimalında qayığın batması nəticəsində azı 23 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə “The Bangladesh Observer” qəzeti məlumat yayıb.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Təxminən 50 nəfər itkin düşmüş hesab olunur.

Qəzanın səbəbləri hələlik məlum deyil.

0.13134813308716