Buna cavab verməli olacaqlar - Kliçko

 

Ukrayna hakimiyyəti Rusiyanın “xüsusi hərbi əməliyyatı”nın əvvəlində çoxlu səhvlərə yol verib və buna müharibə başa çatdıqdan sonra cavab verməli olacaqlar.

Demokratikmusavat.com xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko deyib.

“Səhvlər çox idi, rusların müqavimət görmədən Ukrayna ərazisinə niyə bu qədər irəlilədikləri ilə bağlı çoxlu suallar var. İndi səhvlər haqqında danışmağın vaxtı deyil, lakin müharibə başa çatdıqdan sonra hamısı haqqında danışmağın vaxtı gələcək", - Kliçko bildirib.

0.42275905609131