19 ildən sonra doğma meydanda məğlub oldular

 

Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə evdə rəsmi matçda məğlub olub.

"Demokratikmusavat.com" xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasının V turunda İsveçrə ilə görüşdə başa çatıb.

Rəqibinə 1:2 hesabı ilə uduzan yığma 56-cı ev qarşılaşmasında yenilib.

Pireneylilər daha əvvəl 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.

0.11800193786621