Ermənistan yığmasının baş məşqçisi boykot olundu

 

Jurnalistlər futbol üzrə Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparrosun mətbuat konfransını boykot ediblər.

Demokratikmusavat.com xəbər verir ki, hadisə yığmanın Ukraynaya 0:5 hesabı ilə uduzduğu UEFA Millətlər Liqasının V tur oyunundan sonra baş verib.

Media nümayəndələri 67 yaşlı mütəxəssisin istefasını tələb ediblər.

Qeyd edək ki, Ermənistan komandası Millətlər Liqasında ardıcıl 4 görüşdə məğlub olub. Yığma B Liqasının 1-ci qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb.

0.41283082962036