Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

 

"Həssas günlər yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Futbolçularımız da günlərdir fərqli hisslər keçirir".

Demokratikmusavat.com -ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII turunun açılış oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

41 yaşlı mütəxəssis rəqibin qarşısını almağa çalışdıqlarını bildirib: "Amma ilk hissədə buraxdığımız qollar və azlıqda qalmağımız matça təsir etdi. İkinci yarıda fərqi azaltdıq. Bərabərlik qolunu da vura bilərdik. Lakin hücuma atıldığımız üçün müdafiədə boşluqlar verdik və nəticədə 3-cü topu buraxdıq. Bizə belə oyunlar lazımdır".

O, müdafiəçilərin çıxışını da dəyərləndirib: "Bəzi futbolçularımız yaxşı çıxış etmədi. Bu da normaldır. Gələcəkdə belə səhvləri təkrarlamamalıyıq".

Abbasov Şakir Seyidovun qırmızı vərəqə almasına da toxunub: "Gənc futbolçudur. Müqavilə ilə "Sabah"a məxsusdur. Özünü komandası ilə matça xüsusi hazırlamışdı. Qırmızı vərəqə alması da ondan qaynaqlanır. İnanıram ki, gələcəkdə belə səhvlər olmayacaq".

0.14098715782166