Şəhid Rəşad Qənbərli Cəlilabadda dəfn edilib

 

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayon sakini, Qənbərli Rəşad Əlizamin oğlu dəfn olunub.

"Demokratikmusavat.com" xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, şəhidlə Uzuntəpə kəndində vida mərasimi keçirilib.

Daha sonra şəhid Uzuntəpə kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid R.Qənbərli 1996-ci ildə Cəlilabad rayonunda anadan olub.

Şəhid Rəşad Qənbərli Cəlilabadda dəfn edilib - FOTO

0.1247239112854