İstehlaka yararsız qida məhsulları məhv edilib

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Aznur” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 1 400 kq süd və ət məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

0.16355299949646