Sosial şəbəkələrdə yeni fırıldaq: "Kartıma pul at, yoxsa arvadına deyəcəm"

 

Sosial şəbəkələrdə daha bir dələduzluq növü yayılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə jurnalist Ceyhun Mustafayev paylaşım edib. O bildirib ki, bəzi şəxslər qadın profili ilə instaqram sosial şəbəkəsində kişi profillərinə yazaraq onlara öz fotolarını göndərir. Daha sonra bu şəxslər qarşı tərəfdən də onlara foto göndərməsini istəyir.

Qarşı tərəf fotonu göndərdikdən sonra isə kişiləri "evli ola-ola başqa qızlarla yazışdığı üçün" hədələyərək, onlardan pul tələb edir.

Dələduzlar qeyd edir ki, karta istədiyi məbləği atmasa, yazışmaları birbaşa həyat yoldaşına göndərəcək.

Hədəfə çevrilən C.Mustafayev qeyd edib ki, evli olmadığı halda onu “həyat yoldaşı” ilə hədələməyə cəhd ediblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dəfələrlə vətəndaşlara xəbərdarlıq edərək, dələduzlara qarşı ehtiyatlı olmağı, tanımadıqları şəxslərə pul göndərməməyi tövsiyə edir.

Billurə Yunus

 

0.4047749042511