“Frayburq”un aparıcı futbolçusu “Qarabağ”la oyunu buraxacaq

 

“Frayburq”un futbolçusu Roland Şallai Almaniyada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında oynaya bilməyəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə macarıstanlı yarımmüdafiəçinin atası Tibor Sallai “Nemzetisport” nəşrinə açıqlama verib.

O bildirib ki, 24 yaşlı oyunçu Bundesliqada V turun “Bayer”lə səfər qarşılaşmasında (3:2) sifətindən ağır zədə aldığı üçün avrokubok görüşünü buraxacaq:

“Hazırda əməliyyata ehtiyac yoxdur. Bir neçə gün evdə yatmalıdır. Gələn həftə yenidən müayinə olunacaq, o vaxtadək dincəlməlidir. Əlbəttə, onun üçün psixoloji cəhətdən ağırdır. Çünki “Qarabağ”a qarşı oynamaq istəyirdi. Amma mümkün olmayacaq. Bir müddət maska ilə mübarizə aparmalı olacaq. Ümid edirik ki, ən qısa zamanda meydana qayıda biləcək”.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasında ilk oyununu sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək. “Europe Park” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.(Report)

0.38647413253784