Ukraynanın ilin sonuna kimi hədəfi budur - Şmıqal

 

Bu ilin sonuna kimi Ukrayna Avropa Birliyinə üzv olmaq üçün namizəd ölkə statusunun təqdimatı zamanı qarşıya qoyulan 7 şərtin hamısını yerinə yetirmək əzmindədir.

Demokratikmusavat.com xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.

“Biz AB-yə üzvlüklə bağlı danışıqlar proseduruna başlamağa hazırıq. Təbii ki, biz həm də bütün sahələr - iqtisadi, nəqliyyat, rəqəmsal və s. üzrə vizasız rejimə daxil olmaq üçün həmin iddialı planları yerinə yetiririk”, - Şmıqal qeyd edib.

0.12112498283386