Türkiyə XİN Rusiya səfirliyinə terror hücumunu pislədi

 

Türkiyə Rusiyanın Kabil şəhərindəki səfirliyinə edilən terror hücumunu şiddətlə qınayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Rusiya və əfqan xalqlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatı, habelə əfqan vətəndaşları həlak olub.

0.13416004180908