Ukraynadan ərzaq daşıyan daha 12 gəmi yola düşüb

 

Türkiyə Müdafiə Nazirliyi ərzaqla dolu 12 quru yük gəmisinin Ukrayna limanlarını tərk etdiyini açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə nazirliyin tviterdəki məlumatında deyilir.

Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında humanitar dəhliz boyu həyata keçirilir. Bosfor boğazına daxil olmazdan əvvəl hər gəmi yoxlanılır.

Oxşar tədbirlər Ukraynaya gedən boş yük daşıyıcılarına da tətbiq edilir.

Qeyd edək ki, avqustun 1-dən indiyədək Ukraynadan 2 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib.

0.48532700538635