Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub - FOTO

 

"Kəpəz" FK-nun yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimat mərasimi keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, Gəncə şəhərindəki "Gənclər Evində" keçirilən mərasimdə klub nümayəndələri, idman xadimləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.

50 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə bağlanılıb.

Qeyd edək ki, "Kəpəz" klubunun öncəki baş məşqçisi Yaşar Vahabzadə və məşqçilər korpusu bir müddət öncə istefaya göndərilib.

Azərbaycan Premyer Liqasında iştirak edən "Kəpəz" hələ ki heç bir komanda üzərində qalibiyyət əldə etməyib.

0.42181015014648