“Çelsi”nin hücumçusu “Fənərbaxça”ya keçdi

 

İngiltərənin “Çelsi” klubunun hücumçusu Mişi Batşuayi karyerasını Türkiyənin “Fənərbaxça” klubundan davam etdirəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, hücumçu İstanbul təmsilçisi ilə “2+1” sxemi ilə müqavilə imzalayıb.

Qeyd edək ki, futbolçu son mövsümü icarə əsasında “Beşiktaş” klubunda keçirib və Türkiyə çempionatının 33 oyununda 14 qol vurub.

Batşuayi 2016-cı ildən “Çelsi”nin heyətində qatılsa da, son illər icarə əsasında digər klublarda çıxış edib. 

0.12317204475403