Bayden Ukraynaya daha 11,7 mlrd.dollar yardım ayırır

 

ABŞ hakimiyyəti Konqresindən Ukraynaya təcili maliyyə yardımı üçün 11,7 milyard dollar istəyir

ABŞ Prezidenti Co Bayden Konqresdən Ukraynaya Rusiya işğalına qarşı mübarizədə dirəniş göstərməsinə dəstək vermək məqsədi  ilə  təcili maliyyə yardımı üçün 11,7 milyard dollar istəyəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ağ Evin  idarəetmə və büdcə idarəsinin direktoru Şalanda Yanq məlumat verib. 

“Fövqəladə maliyyələşdirmə sorğusuna həmçinin Rusiya müharibəsinin ABŞ-ın enerji təchizatına təsirini həll etmək üçün 2 milyard dollar və payızda infeksiyaların sayının mümkün artımından əvvəl COVID-19-a 22,4 milyard dollar yardım daxil olacaq”, – Ş.Yanq qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.4775059223175