Avropanın Top-5 liqaları bu il transferlərə nə qədər pul xərcləyib?

 

Avropanın Top-5 liqasında qış və yay transfer dönəmində klubların transferlərə xərclədiyi məbləğ bəlli olub.

Demokratikmusavat.com -ın məlumatına görə, futbolçu keçidləri üçün təxminən 6,2 milyard avro ödənilib.

Pandemiya illərindən sonra klubların transfer xərclərində artım qeydə alınıb. Bu məbləğ 2020-ci ildə 4,83 milyard avro, 2021-ci ildə isə 3,84 milyard avro olub.

2019-cu ildə rekord qeydə alınıb. Avropanın Top-5 liqasında həmin vaxt transferlərə 6,69 milyard avro xərcləyib.

2013-cü ildə 2,74 milyard avro, 2014-cü ildə 2,91 milyard avro, 2015-ci ildə 3,85 milyard avro, 2016-cı ildə 4,24 milyon avro, 2017-ci ildə 6,08 milyard avro, 2018-ci ildə isə 5,82 milyard avro oyunçular üçün ödənilib.

0.11549997329712