Azərbaycanın millisinin üzvü İspaniya klubunda baxışdadır - FOTO

 

Azərbaycanın gənclərdən ibarət basketbol yığmasının üzvü İspaniyada baxışdadır.

Demokratikmusavat.com xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qurumun dəstəyi ilə gənclərdən ibarət yığma komandanın üzvü Hüseyn Qaflanov İspaniyanın "Valensiya Basket" klubunda yoxlanışdadır.

İspanyalı seleksionerlərin diqqətini cəlb edən 14 yaşlı, 2.06 m boya malik olan yeniyetmə Hüseyn hazırda klubun təlim-məşq toplanışında iştirak edir.

0.13813614845276