Ukrayna rus ordusunu bu yolla panikaya salmaq istəyir - AÇIQLAMA

 

"Biz tərəfdən atışmaların intensivliyi artıb. Rusiya ordusunun cənubda Xarkov, Melitopol istiqamətlərində maddi-texniki təminatı artıb. Biz bütün təchizatları, yəni mərmiləri, yanacaqları, dərmanları, döyüş sursatlarını mümkün qədər səmərəli şəkildə məhv etmək istəyirik".

Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak ordunun itkiləri minimuma endirmək üçün uğurlu əks-hücum strategiyasından danışarkən deyib.

"Operativ-taktiki komandanlıqla birbaşa hərbi hissələr arasında əlaqəni kəsmək, anbarlara zərbələr endirmək və bununla rusların zərbəsinin intensivliyini azaldıb, onları panikaya salmaq istəyirik. Bu strategiya indi işə salınır", - Podolyak vurğulayıb.

0.43791484832764