Ərastun Oruclu:"Bu ölkəyə düşmən dəqiq lazım olmayacaq, heç indi də lazım deyil"

 

Son bir neçə ay ərzində ən müxtəlif ittihamlarla müdafiə nazirliyinin azı 20-25 yüksək vəzifəli nümayəndəsi həbs edilib. Maliyyə fırıldaqları, mənimsəmələr, rüşvət, zorakılıqlar, işgəncələr, qətllər və ayrı nələr, nələr. Sanki söhbət dövlət qurumundan, xüsusilə də ordudan deyil, hansısa cinayətkar karteldən gedir.

Etiraf etməliyik, Tərtər qətliamının ictimailəşməsi və gündəmə çevrilməsi baş verməsəydi indiyədək ifşa olunmuş cinayətlər açılmayacaqdı. Nəinki açılmayacaqdı, hətta daha geniş miqyasda davam edəcəkdi. Necə ki, davam edir.

Ən fenomenal isə budur ki, nazirliyin rəhbərliyində baş verən və artıq hər kəsə bəlli olan cinayətlərə rəğmən toy generalı Zakir Həsənov istefa vermək barədə nəinki düşünmür, hətta öz yağlı vəzifəsində qalmaq uğrunda mübarizə də aparır.

Başqa bir tərəfdən də düşünürəm ki, elə bəlkə də bunu etmədiyi yaxşıdır. Təsəvvür edin, bir ildən artıqdır Baş Qərargah rəisi vəzifəsindən rədd olunduğu deyilən cinayətkar Nəcməddin Sadıkov bu gün də nazirliyin sifarişlərindən öz 10% payını almaqda davam edir.

Təsəvvür edin, sabah Zakir Həsənov də rədd olunur və evində oturub öz 10% payını alır. Beləliklə də 2 "zakirhəsənov", 2 "nəcməddinsadıkov", 3 "nizamosmanov" və hər birindən 4-5 nüsxə olmaqla digərləri öz faizlərini alırlar. Onda bu ölkəyə düşmən dəqiq lazım olmayacaq. Əslində heç indi də lazım deyil.

Demokratikmusavat.com

0.14291000366211