“Berdzor” yazılan lövhəni sındıranların həbs edilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Laçında erməni dilində “Berdzor” yazılan lövhəni sındıran şəxslərin həbsinin səbəbi açıqlanıb.

Demokratikmusavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, Laçın rayonu ərazisində vətəndaşın lövhəni sındırmasına görə həbs edilməsi ilə bağlı iddialar yalandır: 

“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olduqları və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqları üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var. 

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.

0.14822101593018