Argentinada vitse-prezidentə atəş açmaq istəyən şəxs saxlanıldı - VİDEO

 

Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsi həbs edib.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən çıxarkən baş verib. Belə ki, kütlənin içində dayanan kişi tapançanı vitse-prezidentin alnına dirəyir. O tətiyi çəksə də, silah açılmır.

Polis hadisəni törədən şəxsi həbs edib. Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.

0.12016606330872