Berlin Polşanın təzminat iddiasına belə cavab verdi

 

İkinci Dünya Müharibəsi zamanı nasional-sosialistlərin cinayətlərinə görə Polşanın Almaniyadan təzminat tələb etməsi məsələsində Berlinin mövqeyi dəyişməyib, Almaniya hakimiyyəti bu məsələni həll olunmuş hesab edir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

"Federal hökumətin mövqeyi dəyişməzdir, təzminat məsələsi bağlıdır. Polşa 1953-cü ildə növbəti təzminatlardan imtina etdi və bu imtinanı dəfələrlə təsdiqlədi. Bu, Avropadakı mövcud qaydanın əsas əsasıdır. Almaniya İkinci Dünya müharibəsinə görə, siyasi və mənəvi cəhətdən məsuliyyət daşıyır”, - qeyd olunub.

Qeyd edək ki, Polşa İkinci Dünya Müharibəsində vurduğu zərərə görə, Almaniyadan 6,2 trilyon zlot (1,32 trilyon dollar) təzminat tələb edəcək. Bu barədə hakim "Hüquq və Ədalət" partiyasının lideri Yaroslav Kaçinski deyib.

0.12280797958374