"Azərbaycan və İtaliya arasında əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır".
Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündə bildirib.
Dəvətə və qonaqpərvərliyə görə İtaliya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı son səfərini xatırlayaraq, əldə edilmiş bütün razılaşmaların həyatda öz əksini tapdığını qeyd edib.
“Biz keçən dəfə Sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, Azərbaycan-İtaliya Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı”, - deyə Prezident İlham Əliyev vurğulayıb.