Paşinyan: “Sülh üçün qətiyyət lazımdır, işləməliyik, bu, xalqımızın arzusudur”

 

Ermənistan hökuməti sülh üçün gündəm qəbul edib və burada onu həyata keçirmək üçün qətiyyət lazımdır. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 1-də Ermənistan hökumətinin iclasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə avqustun 31-də Brüsseldə keçirilən görüşün yekunu barədə  danışarkən deyib.

“Hamımız başa düşməliyik ki, bu, asan deyil və mümkün həll yolları heç də aydın deyil. Biz ardıcıl işləməliyik və mən də hesab edirəm ki, bu lazımdır, həm də xalqımızın arzusudur ki, regionumuzda uzunmüddətli və hərtərəfli sülh bərqərar olsun. Biz bu problemin həllinə daha çox diqqət yetirməliyik”, - Paşinyan qeyd edib.

Mürtəza
Ölkə.az

0.1411190032959